Bank Of Baku

"Equinor" Rusiya neftinin ticarətini dayandırıb

"Equinor" Rusiya neftinin ticarətini dayandırıb
# 15 mart 2022 10:47 (UTC +04:00)

Norveçin "Equinor" şirkəti Rusiya neft və neft məhsulları ilə ticarəti dayandırır.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

"Şirkətin Rusiyadakı layihələrindən geri çəkilmə prosesinə başladığının elanından sonra Rusiya nefti ilə ticarətin dayandırması da qərara alınıb. Bu o deməkdir ki, "Equinor" yeni əməliyyatlarda iştirak etməyəcək və Rusiyadan neft və neft məhsulları daşımayacaq", - açıqlamada deyilir.

"Equinor" Rusiya ilə əməkdaşlığın bütün aspektlərini, o cümlədən hüquqi öhdəlikləri nəzərdən keçirəcəyini bildirir. Hazırda şirkətin əvvəllər bağlanmış müqavilələr üzrə müəyyən öhdəlikləri mövcuddur.

Qeyd edək ki, bundan əvvəl, fevralın 28-də şirkət Rusiyaya sərmayələri dayandıracağını və Rusiyanın birgə müəssisələrindən çəkilmə prosesinə başlayacağını açıqlamışdı. "Equinor" Rusiyada 30 ildən çoxdur fəaliyyət göstərir.

Xatırladaq ki, "Equinor" neft-qaz qrupu 1972-ci ildə yaradılıb, şirkət 2018-ci ilin may ayına qədər "Statoil" adlanırdı. Hazırda "Equinor" 30-dan çox ölkədə (o cümlədən Azərbaycanda) fəaliyyət göstərir. Şirkətin ən böyük səhmdarı Norveçdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR