Bank Of Baku

"Equinor" Rusiyadakı layihələrdən çıxır

"Equinor" Rusiyadakı layihələrdən çıxır
# 28 fevral 2022 09:31 (UTC +04:00)

Norveçin neft-qaz şirkəti "Equinor" (keçmiş "Statoil") Rusiyadakı müştərək müəssisələrdən çıxmaq və ölkəyə yeni investisiyaları dayandırmaq qərarına gəlib.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

""Equinor"un İdarə Heyəti Rusiyaya sərmayə yatırmağı dayandırmaq barədə qərar qəbul edib, həmçinin şirkət Rusiyadakı birgə müəssisələrindən çıxmaq prosesinə başlayıb", - açıqlamada deyilir.

Şirkət bu qərarın Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarla bağlı olduğunu izah edir.

Xatırladaq ki, "Equinor" Rusiyada 30 ildən çoxdur fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR