Avazada Azərbaycan, Türkiyə və Türkmənistan Zirvəsi çərçivəsində türkmən qazının Azərbaycan və Türkiyə ərazisi vasitəsilə Avropaya nəqli müzakirə olunacaq.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avazaya səfəri öncəsi jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, üç ölkə arasında bütün əməkdaşlıq sahələri üzrə bir sıra anlaşma memorandumu imzalanacaq.