Bank Of Baku

Ərdoğan: Türkmənistan qazının Qərb bazarlarına nəqli üzərində iş başlamalıdır

Ərdoğan: Türkmənistan qazının Qərb bazarlarına nəqli üzərində iş başlamalıdır
# 14 dekabr 2022 13:27 (UTC +04:00)

“Biz Türkmənistan və Azərbaycandan ölkəmizə elektrik enerjisinin ötürülməsi üzərində işləməyə hazırıq”.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avzada keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, tərəflər Türkmənistan təbii qazının Qərb bazarlarına nəqli üzərində işə başlamalıdır.

Ərdoğan, həmçinin, üç ölkə ərazisindən keçən Orta Dəhlizin də böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Bu dəhlizin önəmli bir hissəsini Bakı-Tbilisi-Qars dəmir yolu ilə tamamladıq. Biz sərhəd keçidləri və gömrük prosedurlarını asanlaşdırmalıyıq. Hər üç ölkənin yük daşıyıcıları üçün rüsumların aradan qaldırılması və ya qiymət endirimlərinin edilməsi ticarət dövriyyəmizi artıracaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR