Bank Of Baku

Fatih Birol: "Rusiya "enerji müharibəsində" qalib gəlmir"

Fatih Birol: "Rusiya "enerji müharibəsində" qalib gəlmir"
# 30 avqust 2022 10:21 (UTC +04:00)

Rusiya "enerji müharibəsində" qalib gəlmir və strateji enerji tərəfdaşlarını itirib.

APA-Economics”in Türkiyənin “Anadolu Ajansı”na istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol Norveçin Stavanger şəhərində keçirilən ONS 2022 Beynəlxalq Enerji Konfransında deyib.

"Rusiya enerji sahəsində strateji tərəfdaşlarını itirib. Moskva dünyada müştərilər arasında ona olan inamı itirib. Rusiya enerji döyüşündə qalib gəlmir” - deyə, Fatih Birol qeyd edib.

O, həmçinin Rusiyanın 2030-cu ilə qədər 30 mlrd. kubmetrlik mayeləşdirilmiş təbii qaz (LNG) güclərinin işə salmasının artıq mümkün olmadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR