Bank Of Baku

“Financial Times”: Türkiyə Qara dənizdən çıxarılan qazın ilk çatdırılmasını etməyə hazırlaşır

“Financial Times”: Türkiyə Qara dənizdən çıxarılan qazın ilk çatdırılmasını etməyə hazırlaşır
# 17 aprel 2023 12:34 (UTC +04:00)

“Financial Times” Türkiyənin Qara dənizdə qaz yatağının kəşfi nəticəsində qazın ilk çatdırılmasını edəcəyini yazıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, xəbərdə bunun Türkiyənin ən iddialı enerji istehsalı layihəsi olduğu qeyd edilib.

Məqalədə təsisatda hasil edilən qazın bir hissəsinin ixrac olunacağı bildirilib, Avropa qaz bazarının yaxşı potensiala malik olduğu vurğulanıb.

Xatırladılıb ki, qitənin bir çox ölkəsi Rusiya-Ukrayna müharibəsindən sonra Moskvaya qarşı tətbiq edilən sanksiyaların əks təsiri olaraq Rusiya qazının kəsilməsi ilə üzləşib.

Məqalədə qeyd edilib ki, Türkiyə nəhəng enerji idxalçısıdır və istehlak etdiyi qazın demək olar ki, hamısı xaricdən gəlir, buna görə də Sakarya layihəsi ölkənin enerji sektoru üçün əhəmiyyətli təkan rolunu oynayır. Mərkəzi Bankın məlumatlarına görə, Türkiyənin neft, qaz və digər məhsulların daxil olduğu xalis enerji idxalı keçən il 80 milyard dollar təşkil edib ki, bu da onun cari hesab kəsirinin artmasına səbəb olub.

Dövlət neft və qaz şirkəti olan “Turkish Petroleum”un baş direktoru Melih Han Bilginin sözlərinə görə, bu həftə ultra dərin Sakarya qaz yatağında üç quyudan qazın təhvil verilməsinə başlanacaq.

O bildirib ki, sentyabrda daha 7 quyu istismara verildikdən sonra təsisat gündə 10 milyon kubmetr qaz hasil etməyə başlayacaq. “Financial Times”ın Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatlarına əsaslanan hesablamalarına görə, bu, keçən il Türkiyənin ümumi qaz istehlakının təxminən 7 faizini təşkil edəcək.

Layihənin birinci mərhələsinə 1,8 milyard dollar xərcləyən “Turkish Petroleum” yaxın illərdə hasilatı artırmağı planlaşdırır.

M.Bilgin, təsisat tam gücü ilə işə salındıqdan sonra hasilatın gündə 40 milyon kubmetrə çatacağına ümid etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR