Bank Of Baku

“Fitch Solutions”: "Total" Abşeron layihəsinin birinci fazasında işlərə başlaya bilər".

“Fitch Solutions”: "Total" Abşeron layihəsinin birinci fazasında işlərə başlaya bilər".
# 31 oktyabr 2022 14:09 (UTC +04:00)

"2022-ci ilin iyulunda Azərbaycan Aİ ilə Avropaya qaz ixracını 2027-ci ilə qədər ikiqat artıraraq ildə 20 milyard kubmetrə çatdırmaq barədə saziş imzalayıb. Bizim neft və qaz üzrə komandamız sazişin COVID-19 pandemiyası ilə əlaqədar durğunluq yaranan “Şahdəniz 2” layihəsi də daxil olmaqla layihələrin davamlı şəkildə genişlənəcəyini gözləyir".

Bunu “APA-Economics”ə müsahibəsində “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin Avropa ölkələri üzrə risk rəhbəri Anvita Basu deyib.

O bildirib ki, bura həmçinin, Ümid-Babək, AÇG Dərin Qaz və Şəfəq-Asiman layihəsi də daxildir. "Bundan əlavə, kəşfiyyat və yekun investisiya qərarının hazırlanması mərhələsində olan layihələrin, o cümlədən Total Energies Abşeron layihəsinin hazırda təxirə salınmış birinci fazasında işlərin başlayacağını gözləyirik", - deyə Anvita Basu əlavə edib.

Qeyd edək ki, geniş müsahibə ilə linkdən tanış ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR