Fransa Enerji Tənzimləmə Komissiyasının (CRE) sədri Jan-Fransua Karenko fransızları gələn qışda tədarükdə ola biləcək fasilələr riski səbəbindən elektrik enerjisi və qaza qənaət etməyə çağırıb.
Bu barədə "APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir.
"Biz artıq indi Fransada qaz və elektrik enerjisinə qənaət etməliyik, əks halda gələn qış hər şey pis ola bilər", - Jan-Fransua Karenko qeyd edib.
O vurğulayıb ki, hər kəs səy göstərməlidir – sənaye sektoru, xidmət sektoru, dövlət təşkilatları və hər bir Fransa vətəndaşı elektrik və istilik enerjisi istehlakını məhdudlaşdırmalıdır.