Bank Of Baku

GECF beynəlxalq ictimaiyyəti qlobal enerji təhlükəsizliyini gücləndirməyə çağırıb

GECF beynəlxalq ictimaiyyəti qlobal enerji təhlükəsizliyini gücləndirməyə çağırıb
# 22 fevral 2022 16:29 (UTC +04:00)

Fevralın 20-22-də Dohada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) VI Sammiti beynəlxalq ictimaiyyəti qlobal enerji təhlükəsizliyini gücləndirmək üçün səy göstərməyə çağırır.

"APA-Economics" xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı birgə bəyanata istinadən məlumat yayıb.

"Enerji bazarlarını sabitləşdirmək üçün qlobal enerji təhlükəsizliyini gücləndirmək və enerji sahəsində əməkdaşlığı təşviq etmək lazımdır. Təbii qaz ekoloji cəhətdən təmiz, etibarlı və təhlükəsiz enerji mənbəyi kimi qəbul edilməlidir", - mətndə vurğulanır.

Xatırladaq ki, GECF dünyanın aparıcı qaz ixracatçılarını birləşdirən hökumətlərarası təşkilatdır. Hazırda onun 11 üzvü var: Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Nigeriya, Trinidad və Tobaqo, Rusiya, Ekvatorial Qvineya. Bu ölkələr dünya qaz ehtiyatlarının təqribən 70%-nə, dünya LNG ixracının 51%-nə və boru kəməri qaz təchizatının 52%-nə nəzarət edirlər. Bu yanacağın dünyada ən böyük ehtiyatları Rusiyadadır (təxminən 25%). Ondan sonra İran (təxminən 17%) və Qətər (təxminən 12%) gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR