Bank Of Baku

Gürcüstan Azərbaycandan neft idxalını kəskin artırıb

Gürcüstan Azərbaycandan neft idxalını kəskin artırıb
# 22 dekabr 2023 10:39 (UTC +04:00)

2023-cü ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 83 313,37 min ABŞ dolları dəyərində 96859,40 ton neft və neft məhsulları idxal edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 32 099,15 min dollar və ya 62,67%, həcmi isə 37 777,41 don və ya 63,94% artıb.

Ötən ilin 11 ayı ərzində Gürcüstan Azərbaycandan 51 214,22 min dollar dəyərində 59 081,99 ton neft və neft məhsulları idxal edib.

Bu il Gürcüstan ümumilikdə 1 053 007,8 min dollar dəyərində neft və neft məhsulları idxal edib ki, bu da illik ifadədə 14,7% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR