Bank Of Baku

Gürcüstan Azərbaycandan neft məhsulları idxalını 5 dəfə azaldıb

Gürcüstan Azərbaycandan neft məhsulları idxalını 5 dəfə azaldıb
# 20 iyun 2023 15:59 (UTC +04:00)

Gürcüstan 2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycandan 9,7 mln. dollar dəyərində 10 858 ton neft və neft məhsulları idxal edib.

APA-nın Gürcüstan müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında qeyd olunub.

Cari ilin ilk 5 ayı ərzində Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının həcmi 2022-ci illə müqayisədə 45 649 ton və ya 5,2 dəfə, dəyəri isə 38,46 mln. dollar və ya 4,96 dəfə azalıb.

2022-ci ilin ilk 5 ayı ərzində Gürcüstan Azərbaycandan 48,18 mln. dollar dəyərində 56 507 ton neft və neft məhsulları idxal edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR