Bank Of Baku

Gürcüstan ötən il Azərbaycandan 84,6 min ton yanacaq idxal edib

Gürcüstan ötən il Azərbaycandan 84,6 min ton yanacaq idxal edib
# 18 yanvar 2024 10:57 (UTC +04:00)

Gürcüstan ötən il Azərbaycandan 84,6 min ton yanacaq idxal edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında qeyd olunub. Bildirilib ki, Azərbaycan 2023-cü ildə Gürcüstanın ümumi yanacaq tələbatının 7%-ni təmin edib.

Hesabat dövründə Gürcüstanın əsas yanacaq tədarükçüsü Rusiya olub – 736,1 min ton. Bu ölkənin ümumi yanacaq idxalının 60,9%-ni təşkil edib.

Ötən il Gürcüstanın ikinci və üçüncü əsas yanacaq tədarükçüsü isə Rumıniya (180,6 min ton) və Bolqarıstan (107,2 min ton) olub.

2023-cü ildə Gürcüstan 1208,9 min ton yanacaq idxal edib ki, bu da bir il əvvələ nisbətdə 58,6 min ton və ya 5,1% çoxdur. İdxal edilən yanacağın 614,3 min tonu benzin, 594,6 min tonu isə dizel olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR