Gürcüstan bu ilin yanvar-noyabr ayları ərzində 51,5 min ton maye qaz (LPG) idxal edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, idxal edilən məhsulun həcmi illik müqayisədə 32% çoxdur.
Cari ilin 11 ayı ərzində Gürcüstanın maye qaz idxalının 99,6%-i (51,3 min ton) Rusiya Federasiyasının payına düşüb.