Bu ilin sentyabr ayı ərzində Gürcüstan elektrik enerjisinin idxalını ötən ilin eyni ayı ilə müqayisədə 33% artıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Sistemi Kommersiya Operatorunun hesabatında məlumat verilib.
Hesabat dövründə Gürcüstan xaricdən 185 mln. kVt-saat həcmində elektrik enerjisi idxal edib. Bu göstərici ötən ilin sentyabrına nisbətən 32,6% artıb.
Qeyd edək ki, yanvar-sentyabr ayları ərzində Gürcüstanın elektrik enerjisinin idxalı 835 mln. kVt-saata çatıb. Bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 20% çoxdur.