2019-cu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycandan 67 670.2 min ABŞ dolları dəyərində 122 763.5 ton neft və neft məhsulları idxal edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 1,2% və 12,8% artıb.