2019-cu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 182 765.2 min ABŞ dolları dəyərində 1 117 315.4 ton qaz və qazlı karbohidrogenlər ixrac edilib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 2,2% və 7,2% artıb.