Bank Of Baku

Gürcüstanın iqtisadiyyat naziri: "Təbii qaza olan strateji tələbat Azərbaycandan idxal ediləcək"

Gürcüstanın iqtisadiyyat naziri: "Təbii qaza olan strateji tələbat Azərbaycandan idxal ediləcək"
# 07 iyun 2019 14:05 (UTC +04:00)

Gürcüstanda əhalinin strateji seqmentinin təbii qaza olan tələbatı Azərbaycandan idxal ediləcək. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, qaz idxalında əsas prinsip Gürcüstanın təhlükəsizliyinin qorunmasıdır.

"Bizim üçün əsas prinsip strateji təhlükəsizliyimizin qorunmasıdır. Ümumi idxalımızın 95%-i Azərbaycanın payına düşür. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bizim əhali və istilik elektrik stansiyalarımız SOCAR-dan alınan qazı tədarük edirlər", - deyə N. Turnava qeyd edib.

Nazir əlavə edib ki, "Qazprom"dan alınan qaz Gürcüstanın ümumi tələbatının cəmi 5%-nə bərabər olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR