Bu ilin sentyabr ayında Gürcüstan Azərbaycandan 60,61 mln. kVt-saat həcmində elektrik enerjisi idxal edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Sistemi Kommersiya Operatorunun hesabatında məlumat verilib.
Sentyabr ayında Azərbaycanın Gürcüstan ərazisindən Türkiyəyə ötürdüyü elektrik enerjisinin həcmi isə 33,35 mln. kVt-saat təşkil edib.
Hesabat dövründə Gürcüstan elektrik enerjisini ən çox Rusiyadan idxal edib – 125,83 mln. kVt-saat.