Bank Of Baku

Hindistan Rusiyadan aşağı qiymətlə neft almaq niyyətindədir

Hindistan Rusiyadan aşağı qiymətlə neft almaq niyyətindədir
# 14 mart 2022 14:22 (UTC +04:00)

Hindistan Rusiyadan endirimli qiymətlə neft və neft məhsulları almağı nəzərdən keçirir. APA-nın xəbərinə görə, bu barədə "Reuters"ə Hindistanın iki rəsmisi bildirib.

Məlumata görə, Hindistan neft tələbatının 80%-ni idxal hesabına qarşılayır və burada Rusiyanın payı 2-3% təşkil edir. Lakin Hindistan hökuməti artan neft qiymətləri fonunda enerji xərclərini azaltmaq niyyətindədir.

Adı çəkilməyən rəsmilər qeyd ediblər ki, endirimli məhsul almaqdan məmnundurlar və Hindistan sanksiyalarla bağlı çətinlik çəkməkdən narahat deyil.

Qeyd olunub ki, rupi-rubl ticarət mexanizminin yaradılması istiqamətində də işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR