Bank Of Baku

IEA 2021-2022-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu azaldıb

IEA 2021-2022-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu azaldıb
# 14 dekabr 2021 13:52 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-2022-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.

"APA-Economics"in IEA-in noyabr hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci il ildə gündəlik tələbatın artım tempi 5,4 mln. barel səviyyəsində qalacaq, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,1 mln. barel azdır.

Hesabata əsasən, Agentlik 2022-ci il üçün sözügedən göstərici üzrə proqnozunu azaldaraq (-0,1 mln. barel) 3,3 mln. barelədək endirib.

"COVID-19-a yeni yoluxma dalğasının qlobal neft tələbatının bərpasını yavaşladacağı gözlənilir. Təsir altında ilk növbədə, hava nəqliyyatı olacaq", - hesabatda deyilir.

Noyabr proqnozuna görə, 2021-ci ildə neftə olan gündəlik qlobal tələbat 96,19 mln. barel, 2022-ci ildə isə bu 99,53 mln. barel səviyyəsində olacağı ehtimal edilir. 2020-ci ildə bu göstərici 90,83 mln. barel səviyyəsində olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR