Beynəlxalq Enerji Agentliyi (IEA) 2022-ci ildə qlobal gündəlik neft tələbatının artımı ilə bağlı proqnozunu 140 min barel artıraraq 2,3 mln. barelə çatdırıb.
Bu barədə "APA-Economics" Agentliyin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, Agentlik 2023-cü il üçün tələb üzrə proqnozunu 100 min barel artıraraq 1,7 milyon barelə çatdırıb.
Beləliklə, bu il qlobal gündəlik neftə olan tələbat 99,9 mln. barel, 2023-cü ildə isə 101,6 mln. barel təşkil edə bilər.