IEA: Bir çox neft-qaz şirkətləri enerji keçidini kənardan izləyirlər

IEA: Bir çox neft-qaz şirkətləri enerji keçidini kənardan izləyirlər
# 24 noyabr 2023 13:18 (UTC +04:00)

Neft və qaz şirkətləri qlobal enerji keçidini kənardan müşahidə etməyə üstünlük verirlər.

APA-Economics” bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Neft və qaz sənayesi xalis sıfıra keçiddə” adlı hesabatına istinadən xəbər verir.

“Bir çox neft və qaz şirkətləri enerji keçidini kənardan izləyirlər. Neft və qaz istehsalçılarının dünya üzrə ümumi təmiz energetikaya investisiyalarında payı yalnız 1% təşkil edir. Bu məbləğin 60%-dən çoxu bu gün dünyada minlərlə neft və qaz istehsalçısından yalnız dörd şirkətin payına düşür”, - hesabatda bildirilir.

Agentlik hesab edir ki, neft-qaz şirkətlərinin bütün enerji keçid strategiyalarına onların fəaliyyətindən emissiyaların azaldılması daxil edilməlidir.

IEA-nın hesablamalarına görə, hazırda dünyada neft və qaz hasilatının yarısından az hissəsi bu tullantıların azaldılması ilə bağlı öhdəlik götürən şirkətlərin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR