Bank Of Baku

IEA builki qlobal neft tələbatının artım tempi üzrə proqnozunu azaldıb

IEA builki qlobal neft tələbatının artım tempi üzrə proqnozunu azaldıb
# 11 fevral 2022 13:29 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2022-ci il üçün qlobal neft tələbatının artım tempi üzrə proqnozunu azaldıb.

"APA-Economics"in IEA-in fevral hesabatına istinadən verdiyi məlumata görə, agentlik 2022-ci il üçün sözügedən göstərici üzrə proqnozunu azaldaraq (-0,1 mln. ton) 3,2 mln. barelədək endirib.

Hesabata əsasən, 2022-ci ildə neftə olan gündəlik tələbat artaraq 100,6 mln. barelə çatacaq.

""Omicron" ştammının tələbata gözləniləndən daha yumşaq mənfi təsiri əsasən, ABŞ-da soyuq havanın yaratdığı əlavə istehlak və bəzi sənaye sektorlarında qazdan neftə keçidin davam etməsi ilə kompensasiya edilib", - hesabatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR