Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarının onilliyin ortalarına qədər dayanıqlı olmayacağının hesab edir.
Bu barədə “APA-Economics” Agentliyin “World Energy Outlook 2023” hesabatına istinadən xəbər verir.
Agentliyin ekspertləri aydınlaşdırırlar ki, yaxın gələcəkdə bazar tarazlığı qeyri-sabit olaraq qalacaq, vəziyyət onilliyin ortalarından etibarən dəyişəcək. Tikintisinə başlanmış və ya yekun investisiya qərarı verilmiş layihələr 2030-cu il üçün təbii qazın illik mayeləşdirmə qabiliyyətini 250 mlrd. kubmetr artıracaq ki, bu da bugünkü qlobal LNG təchizatının demək olar ki, yarısını təşkil edir.
Hesabata əsasən, güclü artım 2025 və 2027-ci illər arasında baş verəcək, yeni istehsalın yarıdan çoxu isə ABŞ və Qətərin payına düşəcək.