Bank Of Baku

IEA ölkələri ehtiyatlarından 60 mln. barel neft çıxaracaq

IEA ölkələri ehtiyatlarından 60 mln. barel neft çıxaracaq
# 02 mart 2022 10:05 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyinin (IEA) İdarə Heyətinə üzv olan 31 ölkə qlobal neft bazarlarına Rusiya-Ukrayna münaqişəsi nəticəsində tədarükdə heç bir çatışmazlıq olmayacağına dair vahid və güclü mesaj göndərmək üçün fövqəladə ehtiyatlarından 60 mln. barel neftin çıxaracaqlarını razılaşdırıblar.

"APA-Economics"in IEA-yə verdiyi məlumata görə, dünən nazirlər səviyyəsində keçirilən İdarə Heyətinin fövqəladə iclasına ABŞ-ın energetika naziri Cennifer Qranholm sədrlik edib.

Məlumata əsasən, nazirlər Rusiyanın kobud hərəkətlərinin enerji təhlükəsizliyinə təsirlərini narahatlıqla qeyd ediblər və buna cavab olaraq beynəlxalq ictimaiyyətin tətbiq etdiyi sanksiyaları dəstəklədiklərini bildiriblər.

Qeyd olunur ki, IEA üzvləri 1,5 mlrd. barel həcmində fövqəladə neft ehtiyatlarına malikdir. Çıxarılacaq 60 mln. barel neft IEA-in ümumi fövqəladə ehtiyatlarının 4%-i təşkil edir (30 günə bölməklə sutkaya 2 mln. barel düşür). Razılaşdırılmış azalma 1974-cü ildə yaradılmış IEA-in tarixində sayca dördüncüdür. Əvvəlki kollektiv tədbirlər 2011-ci, 2005-ci və 1991-ci illərdə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR