Neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmaya əsasən öhdəlikləri olan "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri aprel ayında neft hasilatını sutkada 400 min barel azaldıb.
Bu barədə “APA-Economics ”Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.
“Kvotası olan 19 iştirakçının ("OPEC+" sövdələşməsi iştirakçıları – red.) gündəlik hasilatı fevralda 400 min barel azalaraq, 37,6 mln. barelə enib”, - hesabatda qeyd olunur.
Eyni zamanda, OPEC+” ölkələrinin aprel ayı üçün hasilatın hədəf səviyyəsi sutkada 40,1 mln. barel təşkil edib. Beləliklə, plandan geri qalma təxminən 2,5 mln. barel səviyyəsində olub.
"OPEC+" 2020-ci ilin may ayında koronavirus pandemiyasının səbəb olduğu neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9,7 mln. barel azaldıb. 2022-ci ilin avqust ayından etibarən alyans bu ixtisarlardan çıxmaq üçün son mərhələyə keçdi, lakin noyabr ayından hasilatı yenidən azaltdı - avqust ayı üçün mümkün olan maksimum səviyyədən gündəlik 2 mln. barel. Bu qərar 2023-cü ilin sonuna qədər qüvvədədir.
Bundan əlavə, may ayından etibarən bəzi “OPEC+” razılaşması ölkələri gündəlik neft hasilatını əlavə olaraq 1,66 mln. barel azaldacaq.