Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü il üçün gündəlik qlobal neft hasilatı ilə bağlı proqnozunu artırıb.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2023-cü ildə gündəlik qlobal neft hasilatı 1,8 mln. barel artaraq (öncəki proqnoza görə - 1,7 mln. barel), 101,9 mln. barelədək çatacaq.
Qeyd olunur ki, qlobal neft hasilatının artımı ABŞ, Braziliya və İran hesabına mümkün olacaq.
Agentlik 2024-cü ildə gündəlik qlobal neft tədarükünün 1,2 mln. barel artaraq 103,2 mln. barel çatacağını ehtimal edir (öncəki proqnoz – müvafiq olaraq 1,6 mln. barel və 103,4 mln. barel).