Bank Of Baku

IEA qlobal neft hasilatı üzrə proqnozunu endirib

IEA qlobal neft hasilatı üzrə proqnozunu endirib
# 14 aprel 2023 15:03 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə gündəlik qlobal neft hasilatı üzrə proqnozunu 0,4 mln. barel azaldaraq, 1,2 mln. barelə endirib.

APA-Economics”in Agentliyin aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari ildə ortalama gendəlik qlobal neft hasilatı 101,1 mln. barel səviyyəsində olacaq.

"Bütövlükdə il üçün qlobal neft hasilatının artımı 2022-ci ildəki 4,6 mln. barelə müqayisədə sutkada 1,2 mln. barelə qədər yavaşlayacaq", - hesabatda qeyd olunur.

Ötən ay IEA qlobal neft hasilatının sutkada 1,6 mln. barel artaraq 101,6 mln. barelə çatacağını proqnozlaşdırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR