Beynəlxalq Enerji Agentliyi (IEA) 2022-ci il üçün qlobal neft tələbatının artım tempi üzrə proqnozunu kəskin azaldıb.
"APA-Economics"in IEA-in mart hesabatına istinadən verdiyi məlumata görə, agentlik 2022-ci il üçün sözügedən göstərici üzrə proqnozunu azaldaraq (-1,1 mln. ton) 2,1 mln. barelədək endirib.
Agentlik izah edir ki, xammal qiymətlərinin artırılması və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların qlobal iqtisadi artımı əhəmiyyətli dərəcədə azaldacağı gözlənilir.
Hesabata əsasən, 2022-ci ildə neftə olan gündəlik tələbat artaraq 99,5 mln. barelə (öncəki 100,6 mln. barelə qarşı) çatacaq.