Beynəlxalq Enerji Agentliyi (IEA) 2022-ci il üçün qlobal neft tələbatının artım tempi üzrə proqnozunu endirib.
"APA-Economics"in İEA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, agentlik 2022-ci il üçün sözügedən göstərici üzrə proqnozunu azaldaraq (110 min barel) 2 mln. barelə endirib.
Qeyd olunur ki, 2023-cü ildə neftə olan gündəlik tələbatın daha 2,1 mln. barel artacağı proqnozlaşdırılır.
Hesabata əsasən, 2022-ci ildə neftə olan gündəlik tələbat artaraq 99,7 mln. barel olacaq, 2023-ci ildə isə bu göstərici 101,8 mln. barel təşkil edəcək.