İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə veriləcəyi tarix açıqlanıb

İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə veriləcəyi tarix açıqlanıb
# 14 may 2024 15:25 (UTC +04:00)

Bu ilin sonu, ya da yeni ilin əvvəlində İğdır-Naxçıvan təbii qaz kəməri istifadəyə veriləcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

O qeyd edib ki, ən qısa zamanda inşaat işləri bitəcək.

Nazir, həmçinin, əlavə edib ki, bu gün iki ölkə arasında imzalanan anlaşmaya əsasən, 2030-cu ilə qədər Türkiyə və Avropaya nəql edilən Azərbaycan təbii qazının həcmi artırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR