Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycandan 2,6 min ton aviasiya kerosini idxal edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Azərbaycandan idxal Gürcüstanın ümumi aviasiya kerosini idxalının 2,7%-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan Türkmənistandan 56,4 min ton (59,6%), Türkiyədən 17,8 min ton (18,8%), Yunanıstandan 13,1 min ton (13,8%), Misirdən 4,8 min ton (5,1%) aviasiya kerosini idxal edib.