Bank Of Baku

İran dünya bazarını neftlə təmin etməyə hazır olduğunu açıqlayıb

İran dünya bazarını neftlə təmin etməyə hazır olduğunu açıqlayıb
# 11 mart 2022 12:51 (UTC +04:00)

İran neft bazarının tələbatını ödəməyə tam hazırdır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın milli neft şirkətinin baş direktoru Möhsin Xocəstəmehr deyib.

O bildirib ki, İran dünya neft bazarına maksimum həddə neft ixrac etməyə hazırdır. "İran neftinin dünya bazarına qayıtması bu məhsulun qiymətini maksimum həddə sabitləşdirəcək. Avropanın neft emalı zavodları İranı davamlı və sabit enerji təminatçısı kimi tanıyırlar. Elə bu səbəbdən avropalılar çalışır ki, İran neft bazarına geri dönsün".

M.Xocəstəmehr qeyd edib ki, İranın Milli Neft Şirkəti Avropa şirkətlərinə və digər dünya şirkətlərini “qara qızıl”la təmin etmək üçün tam hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR