İran İslam Respublikası gündə 3 mln. barel neft hasil etməyə başlayıb.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft naziri Cavad Ovci bildirib.
Qeyd olunur ki, əvvəllər respublikada gündəlik neft hasilatı 1-2 mln. barel neft arasında dəyişirdi.
"İran gündə 3 mln. barel neft hasil etməyə başlayıb. Həmçinin tətbiq edilən yeniliklər sayəsində yüngül neft fraksiyalarının gündəlik hasilatı 200 min barel artıb", - nazir vurğulayıb.