Bank Of Baku

İran ŞƏT-ə regional enerji qovşağı yaratmağı təklif edib

İran ŞƏT-ə regional enerji qovşağı yaratmağı təklif edib
# 26 oktyabr 2023 13:43 (UTC +04:00)

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) enerji ticarəti, mübadilə və enerji təhlükəsizliyinin təmin edilməsi üçün regional “Şanxan energetikası” qovşağı (mərkəzi – red.) yaratmağı təklif edib.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Moxber ŞƏT ölkələrinin Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

İran tərəfindən irəli sürülən təklif yanar faydalı qazıntıları, elektrik enerjisini və bərpa olunan enerjini əhatə edir.

Vitse-prezident, həmçinin Tehranın neft-kimya layihələrini birgə maliyyələşdirmək üçün maraqlı investor ölkələrin fondunun yaradılması təklifindən danışıb və ölkənin neft, qaz və neft-kimya sektorları üçün mühəndislik xidmətləri göstərməyə və avadanlıq istehsal etməyə hazır olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR