ECOPlanet, mövcud Optimal və İnşaatçı brendləri altında istehsal edilən ilk yaşıl sement istehsal edilib.
“Holcim” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, hər iki məhsul məişət işlərində geniş istifadə olunan, əhəngdaşı əsaslı sementlərdir.
Bunlar “Holcim” in müştərilərimizə və tərəfdaşlarımıza davamlı, innovativ həllərini təklif etdiyi və dayanıqlı inşaatın konsepsiyanın tətbiqidir. İnşaatçı hörgü sementidir, kərpic hörmə, suvaq və şap işlərində istifadə olunur.
“Biz tikinti sənayesinə yeni dayanıqlı tikinti təcrübələrini tətbliq etməkdə sadiqik. İnşaatçı və Optimal vasitəsilə biz CO2 emissiyalarının azaldılmasına alternativ xammaldan istifadə ilə töhfə veririk. Holcim Azərbaycan Qafqazda ekoloji təmiz həllər təklif edən ilk şirkətdir”, – “Holcim Azərbaycan”ın kommersiya direktoru Sergiu Stoikov bildirib.