Bank Of Baku

İtaliya Rusiya qazının böyük hissəsini bu il əvəz edəcək 

İtaliya Rusiya qazının böyük hissəsini bu il əvəz edəcək 
# 11 aprel 2022 17:19 (UTC +04:00)

İtaliya hazırda Rusiyadan idxal etdiyi təbii qazın üçdə ikisini gələn qışın sonuna qədər əvəz edə biləcək.

APA-Economics”in xəbərinə görə, Bunu “La Stampa” qəzetinə müsahibəsində ölkənin xarici işlər nazirinin müavini Manlio Di Stefano deyib.

Onun sözlərinə görə, ölkəyə böyük etimad var və bunda “Eni” qrupunun böyük rolu olub.

"Əlcəzair, Azərbaycan, Misir və Qətərdə əla nəticələr əldə edirik. Gələn qış, biz idxal etdiyimiz Rusiya qazının üçdə ikisini əvəz edə biləcəyik. Bununla belə, bərpa olunan enerji mənbələrinə əsaslanaraq fövqəladə vəziyyət məntiqindən uzaqlaşmalıyıq”, - Di Stefano bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR