Bank Of Baku

İtaliyada bir çox kiçik və orta müəssisələr bağlana bilər

İtaliyada bir çox kiçik və orta müəssisələr bağlana bilər
# 06 aprel 2022 18:32 (UTC +04:00)

İtaliyada bir çox kiçik və orta müəssisə təbii qazın və digər xammalın qiymətlərinin əhəmiyyətli dərəcədə artması səbəbindən bağlanma təhlükəsi ilə üzləşir.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə kiçik və orta müəssisələrin milli assosiasiyasının rəhbəri, İtaliya sənayesinin ümumi konfederasiyasının vitse-prezidenti Covanni Baroni bildirib.

"Daha həssas olan kiçik və orta müəssisələr üçün iri şirkətlərdən fərqli olaraq, hətta bir həftəlik dayanma da daimi bağlanma ilə nəticələnə bilər. Ona görə də böyük narahatlıqlar var", - Covanni Baroni qeyd edib.

Bununla əlaqədar, Covanni Baroni Avropa və İtaliya səviyyəsində qazın qiymətinin yuxarı həddinin müəyyən edilməsi məsələsini tezliklə nəzərdən keçirməyə, onu real qiymətə və müqavilələrin faktiki müddətinə uyğunlaşdırmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR