Bank Of Baku

Kadri Simson: "Aİ Rusiyadan qaz nəqlinin azaldılmasının öhdəsindən gələ bilir"

Kadri Simson

© APA | Kadri Simson

# 03 fevral 2022 11:10 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Rusiyadan qaz tədarükünün azaldılmasının öhdəsindən gələ bilir.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

"Son aylar bizə dayanıqlılığımız və Rusiyadan qaz tədarükünün azalmasına cavab vermək qabiliyyətimiz haqqında təsəvvür verdi”, - K.Simson qeyd edib.

Onun sözlərinə görə, mayeləşdirilmiş təbii qazın (LNG) idxalında artım qeydə alınan yanvarda bazar reaksiyası onu göstərdi ki, Avropa şaxələndirilmiş və tam işləyən qaz infrastrukturuna arxalana bilər.

K. Simson onu da bildirib ki, yanvar ayında Aİ rekord həcmdə mayeləşdirilmiş təbii qaz idxal edib və Rusiya LNG-nin ən böyük üç tədarükçüsü arasında olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR