Bank Of Baku

Kadri Simson Azərbaycan və ABŞ-da əlavə qaz tədarükünü müzakirə edəcək

Kadri Simson Azərbaycan və ABŞ-da əlavə qaz tədarükünü müzakirə edəcək
# 01 fevral 2022 16:23 (UTC +04:00)

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Avropa İttifaqına əlavə qaz tədarükü məsələsini müzakirə etmək üçün Bakı və ABŞ-a səfər edəcək.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Avropa Komissiyasının nümayəndəsi Tim Makfi Brüsseldə keçirdiyi brifinqdə bildirib.

"Qaz tədarükü ilə bağlı danışıqlar davam etdiriləcək. Cümə günü, fevralın 4-də Avropa komissarı K. Simson Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin nazirlər görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcək”, - T. Makfi qeyd edib.

Onun sözlərinə görə, fevralın 7-də isə K. Simson Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə birlikdə energetika üzrə Aİ-ABŞ Şurasının iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.

Qeyd edək ki, fevralda Bakıda Cənub Qaz Dəhlizinin (CQD) Məşvərət Şurasının iclası keçiriləcək.

Xatırladaq ki, öncə C. Borrel bildirib ki, Avropa İttifaqı Rusiyadan qaz təchizatı kəsiləcəyi hallarla bağlı Azərbaycan, ABŞ və Qətərlə qaz təchizatına dair danışıqlar aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR