Bizə göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və energetika naziri Pərviz Şahbazova təşəkkür edirəm. Bu, mənim Bakıya ilk səfərim idi.
APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıda mətbuat konfransında deyib.
“Bu səfər çərçivəsində tərəfdaşlarımızla səmərəli ikitərəfli görüşlər keçirdik. Biz əməkdaşlığı daha hansı şəkildə dərinləşdirə bilərik, onu müzakirə etdik. Bizim Azərbaycanla ikitərəfli münasibətlərimiz güclüdür. Azərbaycan enerji təchizatında bizim etibarlı tərəfdaşımızdır. Biz Cənub Qaz Dəhlizinin necə işlədiyini müzakirə etdik. Bu layihənin əhəmiyyəti ilə bağlı yaxşı fikrilər eşitməkdən məmnun oldum. Həm layihənin bölgəyə, həm ölkələrə güclü təsiri var. Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropada təchizata öz töhfəsini verir. Biz Avropa Komissiyası olaraq Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti ilə bağlı fikrə şərikik. Enerji bazarında sıxıntı və qiymətlərin artımı müşahidə olunduğu bir zamanda bu layihə önəmlidir. Bu, təchizat marşrutu öz münasibliyi ilə seçilir. Digər boru kəmərlərində yaranan sıxıntıları aradan qaldırmaq üçün bu boru kəmərinin genişləndirilməsini müzakirə edə bilərik”, - enerji komissarı vurğulayıb.
O qeyd edib ki, keçirdiyi görüşlərdə “Şahdəniz” yatağında hasilatın artırılması ilə bağlı istəklərini ifadə edib.