Kanada hökuməti Rusiya neftinin idxalına qadağa qoyacaq.
"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.
"Biz Rusiyadan bütün xam neft idxalına qadağa qoymaq niyyətindəyik", - Trüdo qeyd edib.
İlkin olaraq, qadağa yalnız Rusiya xam neftinin idxalına qoyulacaq, lakin hökumət sonradan Rusiyadan neft məhsullarının idxalına da qadağa qoymağı düşünür.
Kanadanın Statistika İdarəsinin məlumatına görə, 2021-ci ildə Kanada Rusiyadan 289 mln. Kanada dolları (228 ABŞ dolları) dəyərində enerji məhsulları idxal edib.
Xatırladaq ki, Kanada həmçinin, Rusiyanın beynəlxalq bank ödənişləri üçün SWIFT sistemindən ayrılması ideyasını dəstəkləyin.