Bank Of Baku

"KazMunayGaz"ın "Satti" qazma qurğusu Bakıya gətirilib

"KazMunayGaz"ın "Satti" qazma qurğusu Bakıya gətirilib
# 20 iyun 2019 11:18 (UTC +04:00)

Qazaxıstanın Ersay limanından yola düşmüş “KazMunayGaz”ın “Satti” özüqalxan üzən qazma qurğusu SOCAR-ın “Caspian Drilling Company” (CDC) şirkətinin müasir dəniz təchizat və logistika bazasına yan alıb.                        

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, qurğu modernləşdirildikdən sonra CDC tərəfindən Xəzər dənizi akvatoriyasında qazma əməliyyatlarına cəlb olunacaq.

Qurğunun qarşılanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Qazaxıstanın “KazMunayQaz”ın sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Qazma qurğularının tikintisi və təkmilləşdirilməsi üzrə böyük təcrübəyə malik CDC-nin müasir təchizat və logistika bazasında “Satti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçiriləcəkdir. Modernləşdirmə işlərinin cari ilin sonunda yekunlaşması gözlənilir. Modernləşdirildikdən sonra qurğu ilə 6 min metrdən çox dərinliyə malik kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılması mümkün olacaq, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabilliyyəti aratacaq. Qurğunun ilk növbədə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində, “Ümid”-“Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcəkdir.

Qurğunun qarşılanma mərasimindən sonra SOCAR və “KazMunayQaz rəhbərliyi Heydər Əliyev adına Dərin Özüllər Zavoduna baş çəkmiş, SOCAR-ın “BOS Şelf” müəssisəsinin həyata keçirdiyi layihələrlə tanış olub.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında SOCAR ilə “KazMunayGaz” arasında imzalanmış memoranduma əsasən ”Satti” özüqalxan üzən qazma qurğusu SOCAR-ın CDC şirkətinə etibarlı idarəetməyə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR