“KazTransOil”: Daşqınlara baxmayaraq, neft kəmərləri sistemi normal rejimdə işləyir

“KazTransOil”: Daşqınlara baxmayaraq, neft kəmərləri sistemi normal rejimdə işləyir
# 09 aprel 2024 12:11 (UTC +04:00)

Qazaxıstan Respublikasının 10 rayonunda daşqınlar nəticəsində yaranmış fövqəladə vəziyyət şəraitində “KazTransOil” SC-nin magistral neft kəmərləri sistemi normal rejimdə işləyir.

Bu barədə “APA-Economics” Qazaxıstanın milli neft kəmərləri operatoru “KazTransOil”a istinadən xəbər verir.

Məlumata əsasən, hazırda “KazTransOil”un istehsalat obyektlərinin su basması təhlükəsi yoxdur.

Qeyd edək ki, Qazaxıstan tərəfi “KazTransOil” magistral neft kəmərləri sistemi vasitəsilə neftin bir hissəsini Aktau limanından istifadə edərək Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində nəql edir.

Xatırladaq ki, ötən il Qazaxıstan neftinin Aktau limanından ixracı 3 mln. 376 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 mln. 108 min ton və ya 49%-ə yaxın çoxdur.2023-cü ildə Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanı istiqaməti üzrə daşınan xammalın həcminin 205 min tondan 1 mln. 392 min tona, yəni 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə artması ilə bağlıdır. O cümlədən, Bakı limanı istiqaməti üzrə “Tengiz” yatağından 1 mln. 057 min ton neft göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR