Bank Of Baku

KİV: İran dondurulmuş aktivləri ilə bağlı razılığa gəlib

KİV: İran dondurulmuş aktivləri ilə bağlı razılığa gəlib
# 07 aprel 2022 17:51 (UTC +04:00)

İran Vaşinqtonun tələbi ilə xarici banklarda dondurulmuş 7 mlrd. ABŞ dollarlıq aktivlərinə çıxışın təmin olunması barəsində bir sıra ölkələrlə razılığa gəlib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə İranın “IRNA” agentliyi məlumat yayıb.

Məlumata əsasən, vəsait bir neçə həftə ərzində köçürülə bilər. Agentlik hansı ölkələrdən söhbət getdiyini açıqlamır.

Çərşənbə günü “IRNA” xəbər verib ki, İran ABŞ sanksiyaları səbəbindən dondurulmuş xarici hesablardakı bəzi aktivlərinə çıxışı geri qaytarıb. Lakin razılaşmaların təfərrüatları açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR