Bank Of Baku

KİV: “OPEC+” mövcud siyasətə dəyişiklik etməyi tövsiyə etməyəcək

KİV: “OPEC+” mövcud siyasətə dəyişiklik etməyi tövsiyə etməyəcək
# 02 avqust 2023 14:01 (UTC +04:00)

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin nazirlərinin birgə monitorinq komitəsi (JMMC) cümə günü onlayn iclasda neft hasilatının dəyişdirilməsini tövsiyə etməyəcək.

APA-Economics” xəbər verir ki, bu barədə “Reuters” alyansdakı altı mənbəsinə istinadən xəbər verir.

"”OPEC+”da altı mənbə cümə günü onlayn iclas zamanı komitənin mövcud siyasətdə hər hansı dəyişiklik etməyəcəyini bildirib. Onlardan biri hər hansı tədbir görülməməsinə səbəb kimi neft qiymətlərinin qalxmasını göstərib", - deyə agentlik birbaşa mənbələrə istinad etmir.

JMMC-nin iclası avqustun 4-nə planlaşdırılıb. Komitə razılaşmanın parametrləri ilə bağlı heç bir yekun qərar qəbul etmir. O, neft bazarındakı vəziyyəti təhlil edir və “OPEC+” razılaşçasına düzəlişlərin məqsədəuyğunluğu barədə tövsiyələr verir.

Qeyd edək ki, razılaşmanın çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq.İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 milyon barel azaldacağını bəyan edib.

Xatırladaq ki, aprel ayında “OPEC+”-ın bir neçə üzvü, o cümlədən Səudiyyə Ərəbistanı, iclasdan bir müddət əvvəl, könüllü olaraq, kvotaları aşaraq, may ayından ilin sonuna kimi gündəlik hasilatı 1,66 milyon barel azaltdıqlarını elan ediblər. Həmçinin Ər-Riyad iyul və avqust aylarında gündəlik hasilatı 1 milyon barel, Əlcəzair isə avqustda 20 min barel azaltmaq qərarına gəlib. Rusiya da öz növbəsində avqust ayında gündəlik neft ixracını 500 min barel azaldacağını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR