Bank Of Baku

KİV: Rusiya və Səudiyyə Ərəbistanının tətbiq etdiyi məhdudiyyətlər bütün ölkələrə təsir edəcək

KİV: Rusiya və Səudiyyə Ərəbistanının tətbiq etdiyi məhdudiyyətlər bütün ölkələrə təsir edəcək
# 19 sentyabr 2023 09:52 (UTC +04:00)

Rusiya və Səudiyyə Ərəbistanının neft ixracına tətbiq etdiyi məhdudiyyətlər bütün ölkələrin həyatına təsir edəcək və əhəmiyyətli qıtlığa səbəb olacaq.

APA-Economics” xəbər verir ki, bu barədə Polşanın “Gazeta” nəşri yazır.

Belə ki, Qərb ekspertlərinin fikrincə, Rusiya və Səudiyyə Ərəbistanının neftin hasilatı və satışına məhdudiyyətlər tətbiq etməsi yanacaq bazarında qiymətlərin artmasına, həmçinin ciddi xammal çatışmazlığına və mütərəqqi inflyasiyaya səbəb olacaq.

“Gazeta”nın məlumatına görə, bu həftə neftin qiyməti ilin əvvəlindən rekord həddə çatıb – Avropada yanacağın bir barelinin qiyməti 98,47 dollara çatıb. Bəzi ekspertlərin fikrincə, bu il neftin qiymətində yeni rekordlar gözləmək olar.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan Səudiyyə Ərəbistanı sentyabrın 5-də gündəlik neft hasilatının bir milyon barel azaldılması ilə bağlı qərarını ilin sonuna qədər uzadıb (“OPEC+” razılaşması çərçivəsində olan hasilat limiti ilə yanaşı – red.). Rusiya həmçinin 2023-cü ilin sonuna qədər gündəlik hasilatı 300 min barel azaldacağını açıqlayıb.

Öz növbəsində, “Bank of America”nın məlumatına görə, iki ölkə arasındakı razılaşmalar sayəsində neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı qalxa bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR