Ukrayna Rusiya ilə enerji sistemlərinin paralel işləməsini təmin etmək üçün tədbirlər haqqında sazişindən çıxıb.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk “Telegram” kanalında yazıb.
“Ukrayna Nazirlər Kabineti ilə Rusiya Federasiyası Hökuməti arasında 2012-ci il iyulun 12-də bağlanmış Ukraynanın Birləşmiş Enerji Sisteminin və Rusiya Federasiyasının Vahid Enerji Sisteminin paralel fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər haqqında saziş qüvvədən düşüb”, - paylaşımda bildirilir.