Gürcüstan Azərbaycandan elektrik enerjisini vasitəçi şirkət olmadan idxal edəcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.
O, gələcəkdə elektrik enerjisi idxalı üçün vasitəçi şirkətlərdən istifadə edilməsinin nəzərdə tutulmadığını vurğulayıb.
“Azərbaycandan elektrik enerjisi idxalının vasitəçi olmadan həyata keçirilməsi çox vacibdir. Artıq heç bir ölkədən elektrik enerjisi vasitəçi vasitəsilə idxal olunmayacaq. Xüsusilə Azərbaycanla bağlı məsələdə vasitəçinin aradan qaldırılması dövlətə ildə bir neçə milyon lariyə qənaət etməyə imkan verəcək ki, bu da olduqca əhəmiyyətlidir", - deyə İrakli Kobaxidze əlavə edib.