Komissar: Azərbaycan gələcəkdə Aİ-yə elektrik enerjisi ixracında əsas tərəfdaş olacaq

Komissar: Azərbaycan gələcəkdə Aİ-yə elektrik enerjisi ixracında əsas tərəfdaş olacaq
# 01 mart 2024 17:14 (UTC +04:00)

"Biz bu gün Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında Yaşıl enerji dəhlizi layihəsini müzakirə edəcəyik. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi təşəbbüsü region üçün xüsusi önəm daşıyır. O, həmçinin Avropa İttifaqına gələcəkdə elektrik enerjisi ixracında Azərbaycanı əsas tərəfdaş kimi müəyyən edir".

APA xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasını həmsədri xanım Kadri Simson bildirib.

"Bu vacibdir, çünki Avropa İttifaqında elektrik enerjisinin istehlakı artacaqdır. 2030-cu ilə qədər 16 faizdən artıq və 2040-cı ilə qədər təxminən 80 faizə qədər elektrik enerjisi tələbatının artması nəzərdə tutulur. Bu, gələcək infrastruktur layihələri, həmçinin bizim üçün vacibdir. Təsadüfi deyil ki, Azərbaycan noyabrda BMT-nin növbəti İqlim Dəyişmələri Konfransına ev sahibi seçilmişdir və bu da Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Kompleks infrastruktur layihələrinin icrasında bacarığınızın təzahürüdür və təmiz keçidlə bağlı Sizin gələcək baxışlarınızdır. Şübhə etmirəm ki, bu, uğurlu COP29 olacaqdır və tam əminliklə Siz Avropa İttifaqının dəstəyinə arxalana bilərsiniz", - komissar qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR